Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Atalıq edirəm, yemək bişirirəm'' - Poqba

''Atalıq edirəm, yemək bişirirəm'' - Poqba

Tarix: 31 Mart 2020 10:24

"Mançester Yunayted"in futbolçusu Pol Poqba karantin müddətində nə etdiyi ilə bağlı danışıb.

Qol.az xəbər verir ki, o, klubun rəsmi saytında yayımlanan proqramda evdə ailəsi ilə birgə günlər keçirdiyini deyib:

"Atalıq edirəm, o, mənə bəs edir. Yemək bişirirəm, həyat yoldaşıma kömək edirəm və yaxşı bir ata oluram".

Fransalı yarımmüdafiəçi azarkeşləri də evdə qalmağa çağırıb: "Mançester Yunayted"i dəstəkləməyə davam edin. Ümid edirəm ki, yaxında geri dönəcəyik. Futbola qayıtmaq və kuboklar qazanmağa davam etmək istəyirəm".

 


Etiketlər:  Atalıq edirəm yemək bişirirəm Poqba


RƏYLƏR