Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 31 Mart 2020 11:02
La Liqa rəhbərliyi koronavirus pandemiyasına görə dayandırılmış mövsümün bərpası üçün bir neçə ssenari üzərində işləyir.
Qol.az xəbər verir ki, “Marca” nəşri çempionatın aprelin sonu, mayın əvvəlində bərpa olunma ehtimalının az olduğunu yazıb. Turnirin yayda - iyunun 27-i bərpasının planlaşdırıldığı vurğulanıb.
Bildirilib ki, La Liqa bu tarixə kimi yenidən başlamasa, o zaman böyük ehtimalla 2019/2020 mövsümü ləğv ediləcək.
Xəbərdə planlardan birinin həftədə 3 oyun olmaqla, çempionatı 5 həftəyə bitirmək olduğu qeyd olunub.