Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 31 Mart 2020 12:56
Bakı. Elnur Bağışov - Trend:
İran parlamentinin 100 deputatı yeni koronavirus testindən keçib. Onların 23 nəfərinin analizlərinin nəticəsi pozitiv elan olunub.
Trend-in məlumatına görə, bunu İran parlamentinin rəyasət heyətinin üzvü Əsədulla Abbasi Tasnim informasiya agentliyinə açıqlamasında deyib. Onun sözlərinə görə, analizlərin nəticəsinə əsasən 40 deputat koronavirusa yoluxma şübhəlisi hesab olunur. Ümumilikdə 100 deputatın 63-ü ya virusa yoluxub, ya da bu xəstəliyin şübhəlisi sayılır.
Qeyd edək ki, İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi ötən günədək (30 mart) 41 495 nəfərin koronavirusa yoluxduğunu, 2 757 nəfərin öldüyünü, 13 911 nəfərin sağaldığını təsdiqləyib.