Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

ÜST koronavirus infeksiyasından müdafiə üçün tövsiyələr hazırlayıb

ÜST koronavirus infeksiyasından müdafiə üçün tövsiyələr hazırlayıb

Tarix: 31 Mart 2020 13:33

Bakı. Trend:

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) COVID-19 koronavirus pandemiyasına qarşı mübarizə ilə əlaqədar tövsiyələr hazırlayıb.

Trend-in məlumatına görə, bu tövsiyələrlə ÜST-ün saytında, eləcə ölkəmizin səhiyyə qurumlarında tanış olmaq olar.

İnsanlar koronavirusa qarşı özünü və ətrafdakıların sağlamlığını qorumaq üçün aşağıdakı qaydalara əməl etməlidirlər:

Müntəzəm olaraq əllərinizin yuyun.

Əlləriniz müntəzəm olaraq spirt tərkibli məhlullara sterilizə edin və sabunla yuyun. Əgər əlin səthində virus varsa, spirt və ya sabun onu öldürəcək.

İctimai yerlərdə məsafəni saxlayın.

İnsanlardan azı 1-2 metr məsafədə dayanın. Öskürərkən və ya asqırarkən COVID-19 kimi infeksion xəstəliklıərə yoluxmuş şəxs öz ətrafında tərkibində virus olan xırda damcılar yayır. Əgər həmin adama çox yaxın dayansanız, onun nəfəs aldığı havadan belə yoluxa bilərsiniz.

Əllərinizlə mümkün qədər gözlərinizə, burnunuza və ağzınıza toxunmayın. Əllər virusun ola biləcəyi bir çox səthlərə toxunur. Həmin əllə gözünüz, burnunuza və ağzınza toxunmaqla virusu orqanizmə keçirə bilərsiniz.

Respirator gigiyena qaydalarına əməl edin, asqırarkən və öskürərkən ağzınızı və burnunuzu salfet və ya dirsək bükümünüzlə örtün, salfeti dərhal qapağı olan zibil qabına atın və əllərinizi spirt tərkibli antiseptiklə təmizləyin və ya sabunla yuyun.

Temperatur qalxarsa, öskürək yaranarsa və ya nəfəs almaqda çətinlik olarsa dərhal tibbi yardım üçün müraciət edin.

Bu simptomlar respirator infeksiya və digər ciddi xəstəlik nəticəsində yarana bilər. Nəfəs yollarının yoluxması simptomları müxtəlif səbəblərdən yarana bilər ki, onların arasında xəstənin səfərlərindən və əlaqələrindən asılı olaraq COVID-19 da ola bilər.

Yeni informasiyaları izləyin və tibb mütəxəssislərininin tövsiyələrinə əməl edin.

Mütəxəssislərin, mərkəzi və yerli ictimai səhiyyə orqanlarının, eləcə də işləyidiyiniz təşkilatına tövsiyələrinə əməl edi. Mərkəzi və yerli səhiyyə orqanları sizin bölgədə COVID-19 infeksiyasının dinamikası barədə aktual informasiyaya malikdir. Onlar sakinlərin fərdi müdafiəsi üçün ən uyğun tövsiyələri verə bilər.


Etiketlər:  ÜST koronavirus infeksiyasından müdafiə üçün tövsiyələr hazırlayıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ