Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Damla Moskvadan qayıda bilmir

Damla Moskvadan qayıda bilmir

Tarix: 31 Mart 2020 14:00

Müğənni Damla Moskvadan qayıda bilmir.

Milli.Az axşam.az-a istinadən bildirir ki, sənətçi bu haqda "Bizimləsən" verilişinə zəng edərək deyib. O bildirib ki, tədbir üçün Rusiyaya yollanıb, indi isə uçuşlar təxirə düşüb:

"Novruz bayramı ilə bağlı tədbirlərə gəldik. 20-21 mart konsert oldu, sonra özəl dəvətlər var idi. Sonra da təyyarə biletləri bitdi. Nə qədər müraciət etdik, biletlər tükənmişdi. Düşündük ki, gözləyək ara sakitləşsin. İndi də karantindir, oteldən belə çıxa bilmirik. Əvvəldən alınan biletlərimiz də batdı. İndi burada heç yerə çıxmaq olmaz. Ancaq aptekə və ərzaq almağa düşə bilərik".

Damla bildirib ki, oğlu və anası Bakıdadır:

"Bilsəydim belə olacaq, tədbirləri təxirə salardım. Hər gün ailəmlə danışıram, deyirəm, heç yerə getməyin. Müvəqqəti sıxıntıdır, qapını bağlayın oturun evdə".

Milli.Az


Etiketlər:  Damla Moskvadan qayıda bilmir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ