Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Koronavirusdan sağalan xəstələrdə hansı fəsadlar ola bilər?

Koronavirusdan sağalan xəstələrdə hansı fəsadlar ola bilər?

Tarix: 31 Mart 2020 17:28

Bakı. Trend:

Koronavirus infeksiyasından sağalmış 12 nəfərdən 3-ü xəstəliyə qədər bacardıqları fiziki hərəkətləri yerinə yetirmək gücündə olmur.

Trend-in məlumatına görə, bunu Honq Konqda Şahzadə Marqarita xəstəxanasının infeksiya mərkəzinin direktoru, doktor Ouen Tsanq Tak-İn deyib.

Qeyd olunub ki, bu, koronavirusdan sağalan xəstələr üzərində aparılan müşahidələr nəticəsində müəyyən edilib.

Müşahidələrə əsasən COVID-19 infeksiyasından sağalanlar ağciyərlərin azalan funksionallığından əziyyət çəkir və gəzinti zamanı boğulma hiss edir.

Bununla belə, ağciyərlərin zədələnməsi ilə bağlı uzunmüddətli effektlər müşahidə olunmayıb. COVID-19-dan sağalan xəstələr ağciyərlərin bərpası üçün onlara tövsiyə edilən üzgüçülük çalışmaları zamanı ciddi narahatlıq hiss etməyib.


Etiketlər:  Koronavirusdan sağalan xəstələrdə hansı fəsadlar bilər


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ