Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Prezident İlham Əliyev: Bank sektorunun sağlamlaşdırılması və real iqtisadiyyatı maliyyələşdirməsi istiqamətində əlavə tədbirlər görüləcək

Prezident İlham Əliyev: Bank sektorunun sağlamlaşdırılması və real iqtisadiyyatı maliyyələşdirməsi istiqamətində əlavə tədbirlər görüləcək

Tarix: 31 Mart 2020 18:18

Bank sektorunun sağlamlaşdırılması və real iqtisadiyyatı maliyyələşdirməsi istiqamətində əlavə tədbirlər görüləcək.

Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, bunu Prezident İlham Əliyev İqtisadiyyat naziri Mikayıl Cabbarovu qəbul edərkən deyib.

Dövlət başçısı bildirib:

"Bank sektorunun sağlamlaşdırılması istiqamətində bütövlükdə ilin əvvəlindən addımlar atılır və bu məsələ ilə bağlı bir neçə müşavirə də keçirilmişdir. Hesab edirəm ki, hətta pandemiya ilə əlaqəsi olmayan sahələrdə də islahatlar dərinləşməlidir və bunu biz təmin edəcəyik. Bank sektorunun sağlamlaşdırılması və real iqtisadiyyatı maliyyələşdirməsi istiqamətində əlavə tədbirlər görüləcək. Kredit zəmanət təklifi də hesab edirəm ki, çox vaxtında verilmiş təklifdir. Biz bunu mütləq nəzərə alacağıq.

Sosial sahəyə gəldikdə, keçən il Azərbaycan dövləti öz niyyətini və addımlarını nümayiş etdirib. Keçən il misli görünməmiş sosial paket icra edildi, 4,2 milyon insan bu təşəbbüsdən faydalandı. Minimum əməkhaqqı təxminən 2 dəfə, minimum pensiya 70 faiz, müavinətlər 50 faiz və bəzi müavinətlər 2 dəfə artırılmışdır. Bu, insanların yaşayış səviyyəsinə çox müsbət təsir göstərmişdir. Üstəgəl, vaxtı keçmiş kreditlər məsələsinin həll edilməsi də ən yüksək səviyyədə Azərbaycanda təşkil olundu. Bu il bir daha biz öz sosial məsuliyyətimizi nümayiş etdiririk. Biz vətəndaşların rifah halının düşməməsi istiqamətində əməli addımlar atırıq və hesab edirəm ki, bu sahədə də birincilik göstəririk.

Koronavirusla bağlı ölkələr indi özlərini təcrid ediblər, bu da təbiidir. Biz indi görürük ki, hətta bir-birinə çox yaxın olan ölkələr, təşkilatlar, artıq hərə öz problemlərini həll edir və müxtəlif ölkələrdə bu məsələyə yanaşma da fərqlidir. Hesab edirəm ki, bizim yanaşmamız ən geniş və ən düzgün yanaşmadır. İlk növbədə, qabaqlayıcı tədbirlərin görülməsi nəticəsində xəstəliyin geniş yayılmaması üçün addımların atılması, - baxmayaraq, mən hesab edirəm ki, vətəndaşlar daha məsuliyyətli olmalıdır, - amma dünya miqyasında müqayisə apardıqda görürük ki, Azərbaycanda vəziyyət daha yaxşıdır. Bizdə yoluxma halları əhalinin sayına görə çox aşağı səviyyədədir və ölüm halları da həmçinin. Ancaq bu, yenə də əsas vermir ki, biz əldə edilmiş nəticələrlə kifayətlənək. Azərbaycanda bu sahədə lazımi işlər görülüb və görüləcək".


Etiketlər:  Prezident İlham Əliyev Bank sektorunun sağlamlaşdırılması real iqtisadiyyatı maliyyələşdirməsi istiqamətində əlavə tədbirlər görüləcək


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ