Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Rəcəbov mövqeyini qorudu, Məmmədyarov gerilədi

Rəcəbov mövqeyini qorudu, Məmmədyarov gerilədi

Tarix: 1 Aprel 2020 00:14

Beynəlxalq Şahmat Federasiyası (FİDE) aprel ayı üçün reytinq siyahısını açıqlayıb.

Qol.az FİDE-nin rəsmi saytına istinadən xəbər verir ki, ilk "10-luq"da Azərbaycanın bir təmsilçisi yer alıb.

Koronavirus pandemiyasına görə İddiaçılar Turnirindən imtina edən dünya kubokunun qalibi Teymur Rəcəbov (2765 xal) 9-cu pillədəki  yerini qoruyub.

Şəhriyar Məmmədyarov (2764) isə ilk onluğu tərk edib. O,  1 pillə geriləyərək 11-ci yerdə qərarlaşıb.

Digər şahmatçılarımızdan Qədir Hüseynov (2665) 72-ci, Nicat Abbasov (2664) 74-cü, Rauf Məmmədov (2654) 91-ci pillədə qərarlaşıb.

Siyahıya Norveç şahmatçısı Maqnus Karlsen (2863) başçılıq edir. ABŞ təmsilçisi Fabiano Karuana (2835) 2-ci, Çin qrossmeysteri Dinq Liren (2 791) 3-cüdür.

Qadınlardan Günay Məmmədzadə (2 443 xalla) 29-cu, Gülnar Məmmədova (2 371) 77-ci pillədə yer alıb. Ötən reytinqlə müqayisədə  Ülviyyə Fətəliyeva  “100-lüy”ü tərk edib. Əvəzində isə qadınlar arasında son Azərbaycan çempionu Xanım Balacayeva (2376) 86-cı sıraya yüksəlib.

 


Etiketlər:  Rəcəbov mövqeyini qorudu Məmmədyarov gerilədi


RƏYLƏR