Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 Aprel 2020 11:12
Bakı. Trend:
Tailand hökuməti koronavirusla bağlı 1 aprel zarafatı edən şəxsləri həbs edə bilər.
Trend-in məlumatına görə, bu barədə ölkənin Baş Prokurorluğu elan edib.
Qeyd olunur ki, epidemiya ilə əlaqədar fövqəladə vəziyyət elan olunub və bu şəraitdə internetdə və ya KİV-lərdə zarafat xarakterli məlumatların və ya dezinformasiyaların yayılması əhali arasında təşvişə səbəb ola bilər.
Prokurorluq bildirib ki, koronavirusla bağlı 1 aprel zarafatı edən şəxslər 2 ilədək azadlıqdan məhrum edilə və 1300 dollaradək cərimələnə bilər.
Qeyd edək ki, bu günədək Tailandda 1 771 nəfər koronavirusa yoluxub, 12 nəfər virusun qurbanı olub.