Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Beşiktaş'' Abdullah Avcı ilə razılığa gəldi

''Beşiktaş'' Abdullah Avcı ilə razılığa gəldi

Tarix: 29 May 2019 21:36

"Beşiktaş"ın yeni baş məşqçisi müəyyənləşmək üzrədir.

Qol.az-ın Türkiyə mətbuatına istinadən yaydığı xəbərə görə, "qara qartallar" "Başakşəhər"in çalışdırıcısı Abdullah Avcı ilə razılığa gəlib. Razılığa əsasən, 55 yaşlı mütəxəssislə 2+1 illik müqavilə imzalanacaq.

A.Avcının artıq hazırkı klubu ilə yolları ayırmaq üçün danışıqlara başladığı bildirilib.

Qeyd edək ki, "Beşiktaş"ı son olaraq Şenol Günəş çalışdırıb. O, bu mövsümün sonu klubdan ayrılıb.

 


Etiketlər:  Beşiktaş Abdullah Avcı ilə razılığa gəldi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ