Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Yaşı 65-i keçmiş məşhur sənətkarlarımız karantin rejiminə əməl edirmi? - ÖZLƏRİ CAVABLAYIR

Yaşı 65-i keçmiş məşhur sənətkarlarımız karantin rejiminə əməl edirmi? - ÖZLƏRİ CAVABLAYIR

Tarix: 1 Aprel 2020 22:21

Ölkədə koronavirusla əlaqədar karantin rejimi elan olunandan sonra 65 yaşlı insanların da küçəyə çıxmasına qadağa qoyulub. Ancaq bir çox hallarda yaşlı insanlar bu qadağalara riayət etmirlər. Maraqlıdır, yaşı 65-i ötmüş məşhur sənət adamları bu barədə nə düşünürlər?

Sonxeber.net bildirir ki, ''ölkə.az'' yaşı 65-i ötmüş xalq artistləri arasında sorğu keçirib. Həmin sorğunu təqdim edirik. 

Xalq artisti Rafiq Əzimov ölkənin çətin günündə karantin rejiminə güclü əməl etdiyini bildirib.

''Mən dövlət sərəncam verdiyi ilk gündən etibarən evdə karantin rejiminə xüsusi əməl edirəm. Evə bazarlıq etməyə də, mənə nəvəm kömək edir. Hətta əvvəllər evə gəlsə də, son günlərdə aldığı ərzaqları qapının ağzına qoyub çıxıb gedir. Mən çox istəyirəm ki, bu qayda-qanuna hər kəs əməl etsin. Əməl etməyən şəxslərə isə üzümü tutub deyirəm ki, onlardan yaşlı nəslin nümayəndəsi kimi xahiş edirəm tək özlərini deyil, ailələrini, qohumlarını, öz millətlərini qorusunlar. Bütün dünyaya bəla üz verib, lakin inanıram ki, bu çətin günlər çox çəkməyəcək. Dövlət bütün səyi ilə xalqımızın qayğısına qalır. Efirlərdə maskaları əl altından satan insanları görəndə isə çox məyus oluram. Həmin şəxslərə ar olsun ki, xalqın çətin günündə onların nifrətini qazanırlar. İkinci dünya müharibəsi başlayanda mənim 3 yaşım var idi. Mən xatırlayıram ki, həmin illərdə xalq bir olub, bir-birlərinə dəstək oldular. Biz həmin birliyin nəticəsində qalib gələ bilmişik. Çünki hamı bir məqsədə qulluq edirdi. Öz həmkarlarım da tez-tez zəng edib mənim vəziyyətimlə maraqlanırlar. Lakin elə sənətçilər var ki, mən televiziyada görürəm ki, onlar karantin rejiminə əməl etmirlər. Biz Sənət adamları ilk növbədə qayda-qanuna əməl etməliyik ki, xalqa nümunə olaq. Mən öz dövlətimizə, işlərini bu çətin günlərdə canla-başla görən həkimlərimizə, media nümayəndələrimizə öz təşəkkürümü bildirirəm''. 

Xalq artisti Faiq Sücəddinov isə hər kəsi pozitiv olmağa səslədiyini deyib.

''Bilirəm ki, bu gündən etibarən ümumiyyətlə küçəyə çıxmaq olmaz. Fikirləşirəm ki, biz hər birimiz bu qanuna tabe olmalıyıq. Son zamanlarda demək olar ki, bayıra çıxmıram. Başımı qarışdırmaq üçün evdə öz işlərimlə məşğul oluram. Lakin mən düşünürəm ki, televiziyada psixoloqlar insanları, xalqı sakitləşdirməlidirlər. Ona görə ki, bütün günü karonavirusdan danışmaq olmaz. Müsbət verilişlər də vermək lazımdır. Bizim çox gözəl sənətkarlarımız olub. Həmin sənətkarların zarafatlarını, filmlərini efirə vermək daha yaxşı olardı. Biz özümüzü qoruyub dövlətə kömək etməliyik. Çalışaq ki, pozitiv olaq bu günlərdə. Çünki koronavirus müvəqqəti bir vəziyyətdir. Tezliklə də çıxıb gedəcək. Sadəcə olaraq danışıb-gülməklə, zarafatla yola vermək lazımdır''.

Xalq artisti Mübariz Tağıyev isə televiziyada psixoloqların insanları sakitləşdirməsini istədiyini deyib.

''Əgər evdən çıxmamaq bizim həyatımızı xilas edirsə deməli evdən çıxmamalıyıq. Düşünürəm ki, efirlərdə psixoloqlar çıxış etməlidirlər. Çünki ölkədə ümumi gərginlik hökm sürür. Eyni insanların efirə çıxmasındansa həkimlərin və psixoloqların məsləhətləri daha faydalıdır. Mən televiziyada laqeyd insanları gördükdə dəhşətə gəlirəm. Kiminsə özünə və sağlamlığına yazığı gəlmirsə, ailəsini yaxınlarını da düşünmür? Əgər az itki vermək istəyiriksə mütləq şəkildə deyilənlərə əməl etməliyik''.


Etiketlər:  Yaşı keçmiş məşhur sənətkarlarımız karantin rejiminə əməl edirmi ÖZLƏRİ CAVABLAYIR


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ