Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Çinin texnoloji nəhəngləri “bulud” oyun platformasının yaradılması üçün səyləri birləşdirib

Çinin texnoloji nəhəngləri “bulud” oyun platformasının yaradılması üçün səyləri birləşdirib

Tarix: 2 Aprel 2020 08:12

Çinin iki nəhəng texnoloji şirkəti - "Huawei Technologies" və "Tencent Holdings" mobil əyləncə sənayesinin ən aktual sahələrindən olan "bulud" oyunlarında səyləri birləşdirib.

Sonxeber.net ictnews.az-a istinadən bildirir ki, əməkdaşlıq çərçivəsində şirkətlər tərəfindən "bulud" oyunlar, süni intellekt, virtual və əlavə reallıq (VR/AR) kimi mütərəqqi texnologiyaların oyun sənayesinə tətbiqində ixtisaslaşacaq oyunların hazırlanması üzrə birgə laboratoriya yaradılacaq.

Əsas layihələrdən biri yüksəkkeyfiyyətli və ucuz "bulud" oyun həllinin yaradılması üçün "Huawei" şirkətinin "Kunpeng" prosessorunun hesablama gücündən "Tencent GameMatrix" "bulud" oyun platformasında istifadə olacaq.

Bundan başqa, laboratoriya yeni oyun platformalarının yaradılması üçün birgə yeni çip funksiyaları və sazlama alətləri hazırlayacaq, eləcə də süni intellekt, virtual və əlavə reallıq texnologiyalarını tətbiq edəcək.

"Fortune Business Insights" tədqiqat şirkətinin hesabatına görə, 2027-ci ildə dünya "bulud" oyunları bazarının ümumi həcmi 2018-ci ilin 12,5 milyard dollarlıq göstəricisi ilə müqayisədə 56,57 milyard dollara çatacaq.


Etiketlər:  Çinin texnoloji nəhəngləri bulud oyun platformasının yaradılması üçün səyləri birləşdirib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ