Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

AtaBank da koronavirusla mübarizəyə dəstək oldu

AtaBank da koronavirusla mübarizəyə dəstək oldu

Tarix: 2 Aprel 2020 14:00

Bakı. Trend:

Hər zaman korporativ sosial məsuliyyətə böyük önəm verən “AtaBank” ASC dövlət tərəfindən koronavirusun (COVID-19) yayılmasına qarşı yönəlmiş və onun mənfi təsirini azaltmaq üçün həyata keçirdiyi tədbirləri tamamilə dəstəkləyir.

Bankdan Trend-ə verilən məlumata görə, Prezident İlham Əliyevin 19 mart 2020-ci il tarixli Fərmanı ilə yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna AtaBank 100 min manat məbləğində ianə köçürüb.

Bankın bu mübarizəyə dəstək olmaq qərarı xalqımızla həmrəy olmasının bir nümunəsidir.

1993-cü ildən fəaliyyət göstərən “AtaBank” ASC 100% yerli kapitala malik, qabaqcıl texnologiyalı universal Azərbaycan bankıdır. Bank Bakıda və ölkənin müxtəlif regionlarında korporativ və fərdi müştərilərə tam xidmətlər spektrini təqdim edir.


Etiketlər:  AtaBank koronavirusla mübarizəyə dəstək oldu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ