Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 Aprel 2020 16:04
Bakı. Trend:
Hesab.az onlayn ödəniş portalının Visa ilə birlikdə həyata keçirəcək böyük əməkdaşlkığın ilkin mərhələsi 1 Aprel tarixindən artıq başlayıb və 15 Aprel tarixinədək davam edəcək. Əməkdaşlığın və ümumilikdə kampaniyanın əsas məqsədi insanların onlayn ödənişlərə qarşı marağını artırmaq, onları həm asan yolla ödəniş etməyə, həm də hədiyyə qazanmağa sövq etməkdir.
Kampaniya haqda qısaca qeyd edək ki, kampaniyada 1-15 Aprel tarixlərində Hesab.az-da qeydiyyatlı olaraq ödəniş edən bütün istifadəçilər iştirak edə bilər. Belə ki, 150 AZN və yuxarı bütün ödənişlərini ( Bank, sığorta, bilet alışı istisna olmaqla) istənilən Visa kart növü ilə ödəyən ilk 2000 nəfər dəyərli hədiyyə qazanacaq. Kampaniya haqqında ətraflı məlumat: https://bit.ly/2UIjjAq
Hesab.az və Xalq Bank hər zaman birlikdə uğurlu layihələrə imza atmış, birgə kampaniyalar həyata keçirərək sahib olduqdalı istifadəçi,müştəri bazasına dəyərli, faydalı, qazanclı təkliflər təqdim etmişlər. Əməkdaşlıqları çərçivəsində əsas məqsəd xüsusiylə onlayn ödənişi stimullaşdırmağa və kart ilə ödəniş vərdişlərini inkişaf etdirməkdir.
Xalq Bank ilə əməkdaşlığa əsasən 1-15 Aprel tarixlərində Visa kartı olmayan istifadəçilər Hesab.az üzərindən müraciət formunu dolduraraq Xalq Bankdan pulsuz Visa Gold və Visa Classic kartı əldə edə biləcəklər. Müraciət formu: https://bit.ly/39sKncf
Azərbaycanda ən böyük onlayn ödəmələr şirkəti GoldenPay 2007-ci ilin iyul ayında yaradılıb. Şirkət texniki işlərin yekunlaşması, “Visa” və “MasterCard” beynəlxalq ödəniş sistemlərindən müvafiq sertifikatların alınmasından sonra 2008-ci ilin dekabr ayında fəaliyyətə başlayıb.
2011-ci ilin aprel ayında GoldenPay şirkəti Hesab.az - Azərbaycanın ən böyük onlayn xidmətlər platformasını yaradıb. Hesab.az-da müxtəlif kommunal, stasionar və mobil rabitə, internet, bank kreditlərinin ödənişi, onlayn sığorta, kinoteatra bilet və sair xidmətlərin alışı /ödənişi mümkündür.