Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 Aprel 2020 19:40
"Microsoft" korporasiyası koronavirus pandemiyası səbəbindən mayın 19-21-də Sietldə keçirilməsi planlaşdırılan "Build" konfransının ləğv edilməsini rəsmən elan edib.
Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, şirkətin nümayəndələri tədbirin onlayn formatda keçiriləcəyini bildiriblər.
2019-cu ildə "Microsoft" şirkəti "Windows 10" və "Minecraft AR" üçün "Linux" nüvəsini nümayiş etdirib. Bu il şirkətin "Windows 10x" əməliyyat sistemi və ikiekranlı qurğular haqqında məlumat verəcəyi gözlənilir.
Daha əvvəl "Facebook" və "Google" kimi digər nəhəng texnologiya şirkətləri koronavirusa görə öz tədbirlərini ləğv etməli olublar.