Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Aprel 2020 03:28
Bakı. Trend:
BMT Baş Assambleyası "koronavirus xəstəliyi ilə mübarizədə qlobal həmrəylik" üzrə qətnamə qəbul edib.
Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə Baş Assambleyanın sədrinin mətbuat xidmətindən bildiriblər.
Qətnamədə BMT ölkələri "pandemiyanın qarşısını almaq, təsirini azaltmaq və onu məğlub etmək məqsədilə məlumat, elmi bilik və qabaqcıl təcrübə mübadiləsi, habelə Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən tövsiyə olunan müvafiq qaydaların tətbiqi ilə beynəlxalq əməkdaşlığı gücləndirməyə" çağırıblar.
Qətnamə həmçinin böhranın aradan qaldırılmasında BMT-nin mərkəzi rolunu vurğulayır və təşkilatın baş katibini bütün ölkələrin əlaqələndirilmiş səylərini səfərbər etməyə çağırır.