Tarix: 3 Aprel 2020 11:40
“Qarabağ” Azərbaycan Premyer Liqasının bu mövsümündə ən güclü səfər komandasıdır. Qol.az PFL-in saytına istinadən xəbər verir ki, son çempion səfərdə hamıdan çox – 20 xal toplayıb.
Vurulan və buraxılan qollarda da ən yaxşı göstərici çempionatın liderinə məxsusdur. “Neftçi” və “Keşlə”nin aktivində eyni qədər xal var. Lakin “ağ-qaralar” həm top fərqində öndədir, həm də bir matç az keçirib. “Zirə” isə səfərdə ən az xal toplayan komandadır.