Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 May 2019 12:09
Bakı. Xeyrəddin Nəsirzadə - Trend:
Azərbaycanda Milli Kibertəhlükəsizlik Strategiyası yaradılır.
Trend-in məlumatına görə, bunu Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə “Monex Caspian” beynəlxalq sammitində deyib.
Nazir qeyd edib ki, kibertəhlükəsizlik maliyyə və bank sistemində vacib rol oynayır.
Onun sözlərinə görə, kibertəhlükəsizliyə cavabdeh qurumlar yaradılıb, bu sahədə Milli Kibertəhlükəsizlik Strategiyasının yaradılması istiqamətində iş aparılır.
R.Quluzadə bildirib ki, bankların rəqəmsallaşmasını sürətləndirmək vacibdir.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin