Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Lənkəran sakinini maşın vurub öldürdü

Lənkəran sakinini maşın vurub öldürdü

Tarix: 3 Aprel 2020 17:46

Lənkəran rayonunun Girdəni kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Sonxeber.net-a verilən məlumata görə, aprelin 2-də saat 11 radələrində Lənkəran rayonunun Girdəni kəndi ərazisində kənd sakini N.Kərimov idarə etdiyi "Hyundai" markalı avtomobillə yolu keçən həmkəndlisi Kəmalə Hüseynovanı vurub.

Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı Lənkəran şəhər Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.


Etiketlər:  Lənkəran sakinini maşın vurub öldürdü


RƏYLƏR