Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Aprel 2020 18:10
İtaliya Futbol Federasiyasının prezidenti Qabriel Qravin A Seriyasısının bərpası ilə bağlı açıqlama verib.
Sonxeber.net goal.az-a istinadən xəbər verir ki, federasiya rəhbəri mövsümü bitirməyin prioritet olduğunu bildirib.
O, çempionatın nə vaxt bərpa oluna biləcəyi ilə bağlı bunları söyləyib: "Mayın 20-də və ya iyunun əvvəlində başlamaq, iyulun sonuna qədər oynamaq istəyirik. Avqust və sentyabr variantları da müzakirə olunacaq".
Qravin neytral ərazidə oynamağın yaxşı qərar olmadığını sözlərinə əlavə edib "Amma bu seçimi də nəzərdən keçiririk. 4-5 variant hazırlamağa çalışırıq. Mövsümü ləğv etmək çox çətin olacaq. Bu, qəddar bir haqsızlıq olardı. İnanıram ki, hətta "Juventus" da bu qərara qarşı çıxacaq".
İtaliya A Seriyası martın 11-də koronavirusa görə dayandırılıb.