Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Aprel 2020 19:48
Koronavirusun dünya iqtisadiyyatına vurduğu zərərin nəticələri 4,1 trilyon dollar ola bilər.
Sonxeber.net Axar.az-a istinadən xəbər verir ki, bu barədə məlumat Asiya İnkişaf Bankının hesabatında yer alıb. Məlumata görə, neqativ tendensiyalar fonunda qlobal ÜDM 4,8% azalacaq.
Pandemiyanın Asiya ölkələrinə vurduğu zərərin 891,6 milyard dollar təşkil edəcəyi bildirilib:
"Əgər pandemiya qısa müddətdə dayansa, qlobal iqtisadiyyat 2 trilyon dollar zərər dəyəcək. Qlobal ÜDM isə 2,3% azalacaq. Asiyanın iqtisadi artımı 2,2% təşkil edəcək".