Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 May 2019 12:52
Bakı. Trend:
Şimal Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat şöbəsinə daxil olan məlumat əsasında "Xanoba" gömrük postunda Rusiya Federasiyası istiqamətindən gələn həmin ölkə vətəndaşının idarə etdiyi "Hyundai Grand Starex" markalı avtomobil saxlanılıb və gömrük baxışı keçirilib.
Dövlət Gömrük Komitəsindən Trend-ə verilən məlumata görə, bu zaman nəqliyyat vasitəsinin yük yerindəki paketlərin içərisində gömrük nəzarətinə bəyan olunmayan, üzərində "A3.5", "B1", "B2" və "PA1" yazılan 404 ədəd "Gradia Direct" markalı diş üçün dolğu, yük yerinin qapısının örtüyünün arxasında və ön panelin altında olan boşluqlarda, sürücü oturacağının altında olan gizli saxlanc yerindən gömrük nəzarətindən gizlədilən 5 ədəd 1.3 ml-lik və 9 ədəd 2 ml-lik şprislərdə "Mesopharm", 35 ədəd 10 ml-lik şprislərdə "Reyoungel" və 1 ədəd 1.1 ml-lik şprisdə "Rejeunesse" markalı inyeksiyon implant gellər, üzərində "Mesopharm Peptide Eye Repair" yazılan 10 ədəd 50 ml-lik göz kremi, üzərində "Mesopharm Fresh Lift" yazılan 5 ədəd 50 ml-lik dəri kremi, üzərində "Mesopharm Aqua Balance" yazılan 4 ədəd 250 ml-lik losyon, üzərində "Mesopharm Hydro line" yazılan 20 ədəd 4 ml-lik, üzərində "Mesopharm Meso Hydral" yazılan 15 ədəd 4 ml-lik, üzərində "Mesopharm PHDC Forte" yazılan 40 ədəd 5 ml-lik və üzərində "Mesopharm GAG Complex" yazılan 5 ədəd 4 ml-lik şüşə flakonda maye dərmanlar, 70 ədəd boş qutu və 20 ədəd boş plastik qab aşkarlanıb.
Faktla bağlı araşdırma aparılır.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin