Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 May 2019 13:56
"Çelsi"nin Avropa Liqasının finalında "Arsenal"ı məğlub edib, kuboka sahib çıxdığı oyun "zadəganlar"ın yarımmüdafiəçisi Pedro Rodriqes üçün əlamətdar olub.
Qol.azı-n xarici KİV-ə istinadən yaydığı xəbərə görə, ispan futbolçu karyerası ərzində İngiltərə Premyer Liqası, Avropa və dünya çempionatı, Çempionlar Liqası və Avropa Liqasını qazanan yeganə oyunçu kimi tarixə düşüb. 31 yaşlı forvard həmçinin ÇL və AL finallarında, eyni zamanda Avropa Superkubokunda qol vuran ilk futbolçu ünvanına da sahib çıxıb.
Qeyd edək ki, dünən Bakı Olimpiya Stadionunda keçirilən matçda "Arsenal" 4:1 hesabı ilə məğlub edən "Çelsi" turnirin qalibi olub. Pedro görüşün 60-cı dəqiqəsində komandasının 2-ci qolunu vurub.