Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Aprel 2020 19:36
Tükrmənlər, taciklər və özbəklər koronavirus və əvvəllər də qrip kimi infeksion xəstəliklərdən üzərlik yandırmaq və suyunu içməklə qorunduqlarını gizlətmədilər. Türkmənistanın dünyanı cənginə alan koronavirusdan hələ də əziyyət çəkmədiyi üzərlik mövzusunu qabardıb.
Artıq ruslar və digər millətlər də üzərliklə maraqlanır.
Sonxeber.net medicina.az-a istinadən bildirir ki, türk həkim İbrahim Saracoğlu da üzərlik toxumunun dəmləməsinin astma bronxit, ağciyər xəstəlikləri və virus yoluxmalarında effektiv olduğunu bildirib. Lakin o üzərliyin ciddi allergik təsir edəcəyini bildirərək, çox ehtiyatla, əvvəlcə test edərək sonra istifadə etməyi məsləhət görüb.
Medicina.az üzərlik toxumlarından çay reseptini təqdim edir:
2 stəkan qaynar suya 1 yemek qaşığının yarısı üzərlik toxumu (üzərliyi alıb içində olan qara toxumları ayıra bilərsiz) qatıb, zəif odda 2-3 dəqiqə saxlayın. Sonra termosa süzüb, 10 dəqiqə dəmləyin. Əvvəl az-az için. Allergiyanız yoxdursa balla içə bilərsiz. Günə yarım 1 stəkandan artıq içmək olmaz.
Üzərliyin çayı və yandırdıqda bol dumanı sinus yollarının tıxanıqlığını burunda açır, nəfəs darlığını düzəldir, limfalarda toplanan infeksiyanı aradan qaldırır, ağciyərləri açır.
Eləcə də qurdları tökür, angina, boğaz iltihabında sağaldır.
Sinirləri sakitləşdirir, beyni rahatladır, yuxu gətirir.
Məsləhətdir ki, səhərlər içməyəsiz. İçdikdən sonra sükan arxasına keçməyin, yuxu verə bilər.
Ürək beyin xəstəlikləri olanlar, uşaqlar, hamilələr qəti olmaz.
Ümumiyyətlə, üzərlik tüstüsü ilə də ehtiyatlı olun. İnsanı çox süst edə bilər.
Toxumları isə qətiyyən ağzınıza atıb udmaq və çeynəmək fikrinə düşməyin.