Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Koronavirusu məhv edən maye ixtira edildi

Koronavirusu məhv edən maye ixtira edildi

Tarix: 4 Aprel 2020 19:51

Rusiyanın "Skolkovo" mərkəzinin alimləri bakteriya, göbələk və viruslara qarşı səmərəli mübarizə aparmağın yolunu tapıblar.

Söhbət "Meqnaril" adı verilən soyuq plazma ilə işlənilən sudan gedir.

Alimlərin sözlərinə görə, müəyyən kimyəvi proseslər sayəsində virus hüceyrələrini məhv edə bilən "aqresiv" oksigen və hidrogen formaları yaranır.

Qeyd etmək lazımdır ki, maskaların və fərqli səthlərin təmizlənməsi üçün istifadə edilməsi mümkün olan bu maye insana təhlükə yaratmır və olduqca ucuzdur.

Hal-hazırda alimlər ixtira ilə bağlı müvafiq patentin alınması ilə əlaqədar işlər görür.


Etiketlər:  Koronavirusu məhv edən maye ixtira edildi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ