Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Sloveniya “Cənub Qaz Dəhlizi”ni Avropanın enerji təhlükəsizliyini möhkəmləndirən element kimi nəzərdən keçirir

Sloveniya “Cənub Qaz Dəhlizi”ni Avropanın enerji təhlükəsizliyini möhkəmləndirən element kimi nəzərdən keçirir

Tarix: 6 Aprel 2020 10:40

Sloveniya "Cənub Qaz Dəhlizi"ni Avropa İttifaqının enerji təhlükəsizliyini möhkəmləndirən element kimi nəzərdən keçirir.

Sonxeber.net xəbər verir ki, bunu Trend-ə Sloveniyanın İqtisadi inkişaf və texnologiyalar naziri Zdravko Poçivalşek deyib.

Nazir bildirib ki, Sloveniya Avropa İttifaqına enerji ehtiyatlarının tədarükü mənbələrinin şaxələndirilməsi üzrə səyləri dəstəkləyir:

"Bu baxımdan biz "Cənub Qaz Dəhlizi"ni Avropa İttifaqının enerji təhlükəsizliyini möhkəmləndirən element kimi nəzərdən keçiririk, çünki qaz dekarbonizasiya yolunda vacib enerji mənbəyi və Aİ ilə Azərbaycan arasında enerji əməkdaşlağının genişləndirilməsi üçün əla imkan olmaqda davam edəcək".

Qeyd edək ki, Cənub Qaz Dəhlizi layihəsi Xəzərin Azərbaycan sektorunda yerləşən "Şahdəniz" qaz-kondensat yatağının istismarının ikinci mərhələsi çərçivəsində hasil ediləcək qazın boru kəmərləri ilə Türkiyə və Avropaya nəqlini nəzərdə tutur. "Şahdəniz-2" layihəsi, Cənubi Qafqaz Boru Kəmərinin Genişləndirilməsi, Türkiyə ərazisində inşa olunan Trans-Anadolu Boru Kəməri (TANAP), Yunanıstan, Albaniya və Adriatik dənizinin dibi ilə Cənubi İtaliyaya qədər uzanacaq Trans-Adriatik Boru Kəməri (TAP) Cənub Qaz Dəhlizinin əsas komponentləridir.

"Cənub Qaz Dəhlizi" QSC ölkə Prezidentinin "Şahdəniz qaz-kondensat yatağının istismarının ikinci mərhələsi və Cənub Qaz Dəhlizinin yaradılmasına dair digər layihələrlə bağlı bəzi tədbirlər haqqında" 2014-cü il 25 fevral tarixli sərəncamı əsasında yaradılıb. QSC-nin səhmlərinin 51%-i dövlət mülkiyyəti olmaqla İqtisadiyyat Nazirliyinə, 49%-i isə SOCAR-a məxsusdur.


Etiketlər:  Sloveniya Cənub Dəhlizini Avropanın enerji təhlükəsizliyini möhkəmləndirən element kimi nəzərdən keçirir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ