Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ən məhsuldar “Android” smartfonları məlum olub

Ən məhsuldar “Android” smartfonları məlum olub

Tarix: 6 Aprel 2020 11:00

Mobil telefonların məhsuldarlığını qiymətləndirən “AnTuTu” şirkəti ən güclü smartfonların aylıq siyahısını dərc edib. Mart ayı üzrə reytinqə Çin istehsalçılarının qabaqcıl “Snapdragon 865” prosessoru ilə təchiz edilmiş qurğuları daxil edilib.

 

“ICTnews” Elektron Xəbər Xidməti “4pda.ru” saytına istinadən yazır ki, ümumiyyətlə, sözügedən reytinqə ən azı min dəfə sınaqdan keçirilmiş qurğular daxil edilir. 600 min bal toplamış “OPPO Find X2 Pro” aparatı reytinqdə birinci yeri tutub. Smartfon 12 QB LPDDR5 tipli əməli yaddaş və 256 QB UFS 3.0 tipli fləş yaddaşla təchiz edilib.

 

İkinci yerdə 12 QB LPDDR5 tipli əməli yaddaş və 512 QB-lıq daşıyıcı ilə təchiz edilmiş “Xiaomi Mi10 Pro” smartfonu qərarlaşıb. 8 QB əməli yaddaş və 256 QB daxili yaddaşa malik “OPPO Find X2” ilk üçlükdə yer alıb.

 

Emil Hüseynov




Etiketlər:  məhsuldar Android smartfonları məlum olub


RƏYLƏR