Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Abdullah Avcı "Başakşəhər"dən getdi - rəsmi

Abdullah Avcı

Tarix: 30 May 2019 16:56

"Başakşəhər" baş məşqçisi Abdullah Avcı ilə yolları ayırıb.

Qol.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə,  türk mütəxəssisin istəyi ilə tərəflər arasında müqavilə qarşılıqlı razılaşma əsasında ləğv edilib.

Qeyd edək ki, A.Avcının "Beşiktaş"la müqavilə imzalayacağı gözlənilir.

Xatırladaq ki, A.Avcı 2014-cü ildən "Başakşəhər"i çalışdırırdı. Onun rəhbərliyi altında komanda cari mövsüm ölkə çempionatında 2-ci olub.
 

 


Etiketlər:  Abdullah Avcı Başakşəhərdən getdi rəsmi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ