Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Aprel 2020 16:58
Rusiya millisinin üzvü Fyodor Smolov karantin qaydalarını pozub.
Qol.az "AS" nəşrinə istinadən xəbər verir ki, "Selta"nın hücumçusu İspaniyanı tərk edərək, Rusiyaya qayıdıb. 30 yaşlı futbolçu 18 yaşlı nişanlısı Mariya Yumaşevanı görmək üçün bu addımı atıb.
Rusiyanın keçmiş prezidenti Boris Yeltsinin nəvəsi olan Yumaşeva üçün xüsusi təyyarə kirayələyən Smolov "Selta" rəhbərliyinin icazə verməməsinə baxmayaraq, Rusiyaya gedib.
Viqo təmsilçisinin onu cərimələyəcəyi bildirilib.
Qeyd edək ki, İspaniyada koronavirusdan 13 mindən çox insan ölüb.