Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Aprel 2020 19:08
2020-ci ilin yanvar-fevral aylarında Azərbaycanda kimya sənayesi, əczaçılıq məhsullarının, rezin və plastik kütlə məmulatlarının istehsalı sahələrində 184,7 milyon manatlıq məhsul istehsal edilib.
Sonxeber.net Trend-ə istinadən bildirir ki, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə məhsul buraxılışı kimya sənayesində 19,5 faiz, əczaçılıq məhsullarının istehsalında 4,2 faiz, rezin və plastik kütlə məmulatlarının istehsalında isə 3,6 faiz artıb.
Əsas kimya məhsullarından metanol istehsalı 34,4 faiz, propilen istehsalı 17,9 faiz, etilen istehsalı 16,1 faiz artmışdır. Rezin və plastik kütlə məmulatlarından plastik boruların istehsalı 6,0 dəfə, məsaməli polistirol lövhələr və zolaqların istehsalı 2,1 dəfə artıb.