Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Aprel 2020 23:39
ABŞ-ın Tennessi ştatında reabilitasiya mərkəzində işləyən və COVID-19-a yoluxan tibb bacısı infeksiyanın onun səhhətinə təsiri barədə danışıb.
Sonxeber.net medicina.az-a istinadən bildirir ki, Sareka Uilyams xəstəliyi ağır güllə yarasına bənzədib.
"Mənə heç vaxt atəş açılmayıb, ancaq belə görünür ki, bu xəstəlik güllədən pis yaralayır. Cəhənnəm əzabı çəkirəm", - deyə qadın etiraf edib.
Tibb işçisinin sözlərinə görə, koronavirus infeksiyası səbəbindən o, çətinliklə yemək yeyə və hərəkət edə bilir, hər nəfəsalma ona dəhşətli ağrılar verir.
"Gecikməyin. Sizə, ailənizə və ya uşaqlarınıza dəyəcəyi vaxtı gözləməyin!", - deyə, qadın müraciətini yekunlaşdırıb