Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Aprel 2020 06:44
Bakı. Trend:
Son sutka ərzində Kanadada koronavirusa yoluxanların sayı 1,1 mindən çox artaraq 16,667 nəfər təşkil edib.
Trend-in məlumatına görə, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat verib.
Hazırda 336 mindən çox insan koronavirus üçün testdən keçib. Ən çox yoluxanlar Kvebek (8580), Ontario (4347) və Alberta (1348) vilayətlərində aşkar olunub.
Nazirlik qeyd edib ki, pandemiya başlayandan bəri 702 nəfər xəstəxanaya yerləşdirilib.Onlardan 204 nəfər reanimasiyaya yerləşdirilib, qalanları evdə müalicə olunur.