Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

David Silvaya İspaniyadan təklif

David Silvaya İspaniyadan təklif

Tarix: 7 Aprel 2020 10:24

"Mançester Siti"nin ispaniyalı futbolçusu David Silva karyerasını vətənində davam etdirə bilər.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, bir müddətdir yarımmüdafiəçini izləyən  "Betis"  ona müqavilə təklif edib.

34 yaşlı futbolçusu yayda azad agent statusu alacaq. Bu isə o deməkdir ki, "Betis" Silvanı transfer haqqı ödəmədən heyətinə qata bilər.

Qeyd edək ki, 2010-cu ildə "Valensiya"dan "şəhərlilər"ə keçən David Silva bu məvsüm Premyer Liqada 19 oyuna 3 qol vurub, 7 məhsuldar ötürmə edib.

Milli.Az


Etiketlər:  David Silvaya İspaniyadan təklif


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ