Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Avqust 2025 23:52
Premyer Liqanın I turu çərçivəsində keçirilməsi nəzərdə tutulan "Sabah" - "Qarabağ" oyunu təxirə salınıb.
Sonxeber.net offsideplus.az-a istinadla xəbər verir ki, komandaların rəsmi görüşləri arasında minimum 48 saat vaxtın qorunması ilə bağlı beynəlxalq oyun qaydalarına əsasən matç baş tutmayacaq.
Qeyd edək ki, sözügedən qarşılaşma avqustun 17-i saat 18:30-da keçirilməli idi. "Sabah" 14 avqust saat 20:00-da Konfrans Liqasının III təsnifat mərhələsi çərçivəsində "Levski" ilə üz-üzə gələcək.