Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Avqust 2025 10:08
Kriptovalyuta bazarının lideri olan "Bitcoin" qiymət artımını davam etdirərək 124 min dollar həddini keçib və yeni tarixi rekord müəyyənləşdirib.
Sonxeber.net xəbər verir ki, "Binance"ın məlumatına görə, qiymət artımı avqustun 14-də saat 04:40-da maksimuma çataraq 124 000 dollardan yuxarı olub. Daha sonra isə azalma müşahidə edilib və saat 06:10-da 123 560 dollar səviyyəsinə enib.
Qeyd edək ki, "Bitcoin"in əvvəlki tarixi rekordu 2025-ci il iyulun 14-də qeydə alınmış, məzənnə 121 014 dollara yüksəlmişdi.