Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Sahil Babayev: ''Fərdi sahibkarlar üçün DSMF-yə ödəmələr müəyyən qədər yüngülləşdirilə bilər''

Sahil Babayev: ''Fərdi sahibkarlar üçün DSMF-yə ödəmələr müəyyən qədər yüngülləşdirilə bilər''

Tarix: 7 Aprel 2020 18:42

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi İqtisadiyyat Nazirliyi ilə birlikdə Dövlət Sosial Müdafiə Fonduna (DSMF) edilən ödənişlərlə bağlı optimallaşdırılmış təkliflər hazırlayıb.

Sonxeber.net Trend-ə istinadən bildirir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev deyib.

Nazir bildirib ki, burada söhbət daha çox müxtəlif fərdi sahibkarlar üçün DSMF-ə ödəmələrin müəyyən qədər yüngülləşdirilməsindən, diverfikasiyasından gedir:

"Bakı şəhəri üzrə bir əmsalın, regionlar üçün digər əmsalın tətbiqindən söhbət gedir. Bəzi təxirəsalmalar da ola bilər. Amma sosial sığorta haqqı heç kim üçün silinə bilməz. Çünki sosial sığorta haqqının sahibi nə dövlət, nə də işəgötürən deyil. Onun sahibi işçidir ki, o da bu pulu gələcək pensiyası üçün depozit qoyub. Heç kimin hüququ yoxdur ki, sahibkarla anlaşıb kiminsə sosial sığorta haqqını silsin. Bu, onda işçilərin konstutison hüquqlarının, gələcək pensiya təminatının pozulması deməkdir. Biz yalnız müəyyən qədər təxirəsalmalar etməklə güzəştlər edə bilərik. Məsələn, hansısa cərimələr, faizlər hesablanmasın, iki-üç ay ləngimələr olsun".

Nazir hesab edir ki, bu güzəştlər muzdlu işçilərə görə edilməməlidir:

"Çünki muzdlu işçilərə əməkhaqqının ödənilməsi üçün dövlət tərəfindən dəstək göstəriləcək və onların sosial sığorta ayırmaları da nəzərə alınacaq. Ona görə də onlar üçün sosial sığorta haqları ödənilməlidir. Fərdi sahibkarlara gəldikdə isə, onlar özləri ödəyicidirlər və özlərinin pensiya təminatını qururlar. Biz müəyyən çətinliklərin olmasını nəzərə alaraq, xüsusilə regionlar üçün yüngülləşdirməyə getməyə planlaşdırırıq".


Etiketlər:  Sahil Babayev Fərdi sahibkarlar üçün DSMF ödəmələr müəyyən qədər yüngülləşdirilə bilər


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ