Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Aprel 2020 19:44
İngiltərə Premyer Liqası koronavirus pandemiyasına görə dayandırıldığı üçün "Tottenhem"in futbolçusu Son Hın-Min ölkəsinə dönüb.
Sonxeber.net sportal.az-a istinadən xəbər verir ki, Cənubi Koreya millisinin üzvü karantin müddətində hərbi xidmətdə olacaq. 27 yaşlı hücumçu məcburi şəkildə 4 həftə xidmətdə olacaq.
Yerli mətbuat Sonun ötən həftədən əsgərlik günlərinə başladığını yazıb. O, əlbəyaxa döyüş (sparrinq) və silah təlimində iştirak edib. Bundan əlavə, futbolçu ağırlığı 24 kq olan sursatla 7 km yürüş edib.
Ulduz futbolçu gözyaşardıcı qazların atıldığı binada əlehqazla gəzib, pusqu qurmağı, tikanlı məftillərdə sürünməyi öyrənəcək.