Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İnsanlar mobil tətbiqlərə daha çox pul xərcləməyə başlayıblar

İnsanlar mobil tətbiqlərə daha çox pul xərcləməyə başlayıblar

Tarix: 7 Aprel 2020 20:32

Dünya üzrə bütün ölkələrdə insanlar mobil tətbiqlərə daha çox pul xərcləməyə başlayıblar.

Sonxeber.net ted.az-a istinadən bildirir ki, bu haqda "App Annie" analitik şirkətinin məlumatında deyilir.

Məlumata görə, bu ilin birinci rübündə mobil tətbiqlərə xərclənən vəsait rekord həddə çatıb. Bütün dünya istifadəçiləri Apple və Google tətbiq mağazası vasitəsilə proqramlara 23,4 milyard dollar xərcləyiblər. App Store-ın payına 15 milyard dollar, Google Play-in isə 8,3 milyard dollar düşür. Bu rəqəm ötən ilin müvafiq dövrü ilə müqayisədə 5% çoxdur.

Əlbəttə ki, daha çox mobil oyunlara pul xərclənib. Bu ilin birinci rübündə yalnız mobil oyunlara 16,7 milyard dollar xərclənilib.

Eyni zamanda, insanların həftə ərzində mobil oyunlarda keçirdikləri vaxtda 20% artıb.


Etiketlər:  İnsanlar mobil tətbiqlərə daha çox xərcləməyə başlayıblar


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ