Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Spirtli içkidən sonra parasetamol ölümcül ola bilər

Spirtli içkidən sonra parasetamol ölümcül ola bilər

Tarix: 7 Aprel 2020 23:27

Hazırda parasetamol koronavirus zamanı tövsiyə edilən dərman olduğundan hər kər bu dərmana ümidini bağlayır.

Eyni zamanda kişilərin və hətta bəzən qadınların yenə də koronavirusdan qorunmaq üçün bu günlər spirtli içki və spirt tərkibli hər hansı içkiləri qəbul etməsi halları da artıb. Hətta metil spirtindən zəhərlənənlər və ölənlər də var.

Sonxeber.net medicina.az-a istinadən bildirir ki, spirtli işçi, araq, çaxır, hətta pivə qəbul edilən gün parasetamol qəbulu yolverilməzdir.
Dərman orqanizmdə alkoqol qalığı olan zaman əks reaksiyaya gedərək, fəsadlar yaradır.
İçkidən başı ağrıyan insanın da parasetamol qəbulu olmaz.

Tibdə alkoqol qəbul edən onlarla insanın parasetamoldan letal sonluğa çatması, yəni ölməsi faktları az deyil.

Yüksək dozada spirtli qəbulundan sonra istər qızdırma, istər halsızlıq və baş ağrısı zamanı parasetamol qəbul edərkən ildırım sürəti ilə xəstəni kəskin qaraciyər çatışmazlığına salır.

Yarım litr miqdarda spirtli içki və bir tablet 500 mq parasetamol birlikdə ölümcüldür.
Ona görə də tövsiyə edirik ki,koronavirusdan qorunum deyə,özünüzü ölümlə üz-üzə qoymayın. Qadınlar içki içən həyat yoldaşlarına halı pis olduğu təqdirdə heç bir dərman verməməlidir.


Etiketlər:  Spirtli içkidən sonra parasetamol ölümcül bilər


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ