Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Sərnişinlərin bilet pullarını qısa müddətdə tələb etməsi turizm şirkətlərini çətin vəziyyətdə qoyub - Assosiasiya

Sərnişinlərin bilet pullarını qısa müddətdə tələb etməsi turizm şirkətlərini çətin vəziyyətdə qoyub - Assosiasiya

Tarix: 8 Aprel 2020 15:38

"Koronavirusla əlaqədar yaranan hazırkı şəraitdə bir çox sərnişinlərin geri qaytarmaq istədikləri aviabiletlərin pulunun qısa müddətdə onlara ödənilməsini tələb etməsi turizm şirkətlərini çətin vəziyyətdə qoyub".

Sonxeber.net xəbər verir ki, bunu Trend-ə Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının (ATAA) Ekspertlər Şurasının sədri Göydəniz Qəhrəmanov deyib.

Onun sözlərinə görə, koronavirus pandemiyası ilə bağlı əksər hava yolları şirkətləri karantin bitənə qədər bir çox ölkələrə uçuşlarını ləğv edib. Bu səbəbdən əvvəlcədən bilet alan vətəndaşlar səfərlərini təxirə salaraq aviabiletlərini qaytarırlar.

G.Qəhrəmanov əlavə edib ki, adətən belə hallarda bir çox turizm şirkəti aviabiletlərin qaytarılmasında və pulun geri ödənilməsində müştəriyə dərhal yardım göstərirdi və digər satışlar vasitəsilə aviaşirkətlərlə növbəti hesabat dövründə əvəzləşirdi:

"Təəssüflə qeyd etməliyik ki, hazırda satışlar olmadığına görə şirkətlər müştərilərə pulları dərhal geri qaytara bilmir və bununla bağlı çətinliklərlə üzləşirlər. Hazırda bir neçə aviaşirkət biletlərin qaytarılmasına icazə verir. Nəzərə almaq lazımdır ki, pulların qaytarılması bir neçə müddət çəkə bilər. Bir sıra aviaşirkətlər isə başqa yoldan istifadə edirlər. Onlar müştərilərinə alternativ olaraq, bir il ərzində bu biletdən istifadə və ya eyni məbləğə uçuş vauçerlərindən istifadə imkanları təklif edirlər. Bu, beynəlxalq praktikada da var və hazırda bir neçə hava yolları şirkəti tərəfindən də istifadə olunur. Lakin vətəndaşların bu və digər məsələlərdə məlumatsız olması və ya inadla biletlərinin pulunu qısa müddətdə geri istəməsi turizm şirkətlərini çətin vəziyyətdə qoyub".

G.Qəhrəmanov təklif edir ki, tez-tez təyyarə ilə səfərə çıxan müştərilər növbəti səfərləri üçün biletlərini cəriməsiz dəyişə və ya vauçerlərdən istifadə edə bilərlər:

"Əgər həmin sərnişinlərin səfəri olmayacaqsa, bu halda pullarını geri ala bilərlər. Amma bu vəsaitin geri qaytarılması 45-60 gün çəkə bilər".


Etiketlər:  Sərnişinlərin bilet pullarını qısa müddətdə tələb etməsi turizm şirkətlərini çətin vəziyyətdə qoyub Assosiasiya


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ