Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Aprel 2020 19:08
"Erzgebirge"nin prezidenti Holqe Leonhardt millimizin futbolçusu Dmitri Nazarov da daxil olmaqla, komandanın 6 oyunçusu haqda danışıb.
Qol.az Almaniya mətbuatına istinadən xəbər verir ki, o, Nazarov, Yan Xoşdayt, Paskal Testroet, Filipp Çulexnar, Klemes Fandriç və Filipp Rise ilə müqaviləni 2023-cü ilin iyununa kimi uzatdıqları üçün məmnun olduğunu deyib:
"O zaman ən yaxşı oyunçularımızı komandada saxlamaq onlarla uzunmüddətli müqavilə imzaladıq. Beləliklə, komandanın özəyini qorumuş olduq. Koronavirusun olduğu bir dönəmdə növbəti mövsüm üçün yaxşı komanda saxlamaq bizi rahatladır”.