Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycan və İran XİN başçıları arasında telefon danışığı olub

Azərbaycan və İran XİN başçıları arasında telefon danışığı olub

Tarix: 8 Aprel 2020 19:21

Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov və İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zərif arasında telefon danışığı olub.

Sonxeber.net APA-ya istinadən xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin (XİN) "Twitter" səhifəsində bildirilib.

Azərbaycan və İran XİN başçıları koronavirus pandemiyası ilə mübarizə məsələsini müzakirə ediblər və bu mübarizədə həmrəy olduqlarını ifadə ediblər. 

İran XİN başçısı ölkəsinin pandemiya ilə mübarizə təcrübəsini Azərbaycanla bölüşməyə hazır olduğunu vurğulayıb.


Etiketlər:  Azərbaycan İran XİN başçıları arasında telefon danışığı olub


RƏYLƏR