Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

İkimərtəbəli evdə yanğın baş verib

İkimərtəbəli evdə yanğın baş verib

Tarix: 8 Aprel 2020 21:06

Xaçmaz rayonunda ikimərtəbəli ev yanıb.

Fövqəladə Hallar Nazirliyindən Milli.Az-a verilən məlumata görə, ümumi sahəsi 200 m² olan ikimərtəbəli evin birinci mərtəbəsində 1 otağın yanar konstruksiyaları 20 m² sahədə, digər otağın tavanının taxta atmaları 28 m² sahədə və ikinci mərtəbəsində mətbəx 7 m² sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Milli.Az


Etiketlər:  İkimərtəbəli evdə yanğın baş verib


RƏYLƏR