Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Evdən oğurluq edən qadın saxlanılıb

Evdən oğurluq edən qadın saxlanılıb

Tarix: 8 Aprel 2020 22:32

Suraxanı rayonununda evlərin birindən qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən şəxs tutulub.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Milli.Az-a verilən məlumata görə, Suraxanı RPİ 31-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 3-dən aprelin 1-dək olan müddətdə Əmircan qəsəbəsindəki evlərin birindən 6000 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən həmin evdə xadimə işləyən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş S.Əliyeva saxlanılıb.

Milli.Az


Etiketlər:  Evdən oğurluq edən qadın saxlanılıb


RƏYLƏR