Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Aprel 2020 08:16
Əksər müasir smartfonlar suya dalmağa dözümlüdür. Lakin belə şəraitdə sensor ekrandan normal istifadə çətinləşir. "Apple" şirkəti isə bunu mümkün etməyə imkan verən xüsusi interfeys hazırlayıb.
Sonxeber.net ictnews.az-a istinadən bildirir ki, "Sualtı istifadəçi interfeysi" şirkətin son patentlərindən birində təsvir olunub. "Apple" mühəndislərinin fikrincə, mövcud interfeyslər mürəkkəbdir və suya dalma zamanı onlarla asanlıqla işləməyə imkan vermirlər. Onların sözlərinə görə, informasiyanın alınması üçün bir neçə klavişi basmaq, komandaları daxil etmək lazımdır ki, bu da müasir qurğuların su altında işini çətinləşdirir. "Apple" qurğu ilə işin effektivliyini və istifadə sadəliyini artırmaq niyyətindədir. Bundan başqa, yeni interfeys prosessorun yükünü azalda və enerji sərfiyyatını minimuma endirə bilər.
Patentə görə, hər dəfə suya dalan "Apple" smartfonu interfeysi daha sadəsi və intiutivi ilə əvəzləyəcək. Həmçinin qeyd olunur ki, qurğu bu barədə vibrasiya vasitəsilə istifadəçini xəbərdar edəcək.
Hazırda yeni texnologiyanın gələcək "Apple" qurğularında mümkün tətbiqi ilə bağlı məlumat verilmir.