Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Səməd Seyidov: ''2019-cu il Azərbaycanın xarici siyasətində bir çox uğurlarla yadda qaldı''

Səməd Seyidov: ''2019-cu il Azərbaycanın xarici siyasətində bir çox uğurlarla yadda qaldı''

Tarix: 9 Aprel 2020 13:30

2019-cu il Azərbaycanın xarici siyasətində bir çox uğurlarla yadda qaldı. Ümumilikdə 2019-cu il Azərbaycan üçün uğurlu bir il oldu.

Sonxeber.net Trend-ə istinadən xəbər verir ki, bunu Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov parlamentin bu gün keçirilən iclasında deyib.

S.Seyidov bildirib ki, heç kim bilmirdi ki, koronavirus pandemiyası ortaya çıxacaq və beynəlxalq əlaqələrdə çətinliklər ortaya çıxacaq: "Ancaq buna baxmayaraq Azərbaycan beynəlxalq səviyyədə fəaliyyət davam edir və Azərbaycanın beynəlxalq aləmdə mövqeyi güclüdür".

S.Seyidov Prezident İlham Əliyev tərəfindən imzalanan Əfv sərəncamına da toxunub. O qeyd edib ki, bu sərıncam humanist bir siyasətdir: "Cənab Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın siyasəti insanlara yönəlmiş bir siyasətdir. Biz də əlimizdən gələni etməliyik ki, insanlarda məmmunluq yaradaq".


Etiketlər:  Səməd Seyidov 2019 Azərbaycanın xarici siyasətində çox uğurlarla yadda qaldı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ