Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Aprel 2020 15:04
Bakı. Trend:
Polşada prezident seçkiləri elektron poçt vasitəsilə keçirilə bilər.
Trend-in məlumatına görə, bu fikri ölkə prezidenti Ancey Duda səsləndirib.
O bildirib ki, koronavirus epidemiyası ilə əlaqədar səsvermənin poçt vasitəsilə keçirilməsi mümkün variantlardan biridir.
Polşada prezident seçkilərinin birinci turu mayın 10-na planlaşdırılıb.
Qeyd edək ki, bu günədək Polşada 5 341 nəfər koronavirusa yoluxub, 164 nəfər ölüb. Ölkədə fövqəladə vəziyyət elan olunub.