Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Aprel 2020 18:50
"Bir dəfə yazdım ki, Kənan yaxşı oğlandır, İnşallah, yaxşı rejissor da olar. Kənan da başladı söyüşlər yazmağa. Kənan heç dram da çəkə bilmir. Hamısından yaxşı film çəkməsin, çəkilsin".
Sonxeber.net Axşam.az-a istinadən xəbər verir ki, bu sözləri aparıcı İlkin Həsəni "Söhbətsiz" verilişində deyib. O, "Ay Brilliant" filmlərini lentə alan rejissor Kənan M.M.-lə yaşadıqları qalmaqaldan söz açıb.
İlkin Kənanın rejissorluğunu bəyənmədiyini söyləyib:
"Gələnlərin əksəriyyəti kimisə təkrarlayır. Əgər yeni gələnin bir özünəməxsusluğu yoxdursa, yadda qalmayacaq. Bu, onun geyimi, saçı, danışığı, hərəkətləri ola bilər. İstəyirəm yeni simalar üzə çıxsın: ləhcəylə danışmayan, fikrini düzgün ifadə edən... İndi televiziyalarda təmizləmə işləri başlayıb. Amma təmizlənənlərin yerinə də gələnlər köhnə aparıcılardır".