Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Aprel 2020 21:09
Bakı. İlhamə İsabalayeva - Trend:
Elektron bilet satışı sisteminin tətbiq edilməsi və maliyyə diversifikasiyası nəticəsində qoruqların gəlirləri 2018-ci ilə nisbətən 2019-cu ildə 15 dəfə artıb.
Trend-in məlumatına görə, Nazirlər Kabinetinin 2019-cu ildə fəaliyyəti haqqında Milli Məclis qarşısında hesabatında bildirilib.
Hesabatda bildirilir ki, mədəni irsin effektiv idarə edilməsinin təmin olunması üzrə də addımlar atılıb. Qoruqların İdarəetmə Mərkəzi (QİM) yaradılıb. Dövlət büdcəsi xərclərinin azaldılması məqsədi ilə 7 dövlət qoruğu Dövlət Turizm Agentliyinin (“Atəşgah”, “Yanardağ”, “Yuxarıbaş”, “Lahıc”, “Basqal”, “Xınalıq”, “Kiş”) tabeliyinə verilib. Elektron bilet satışı sisteminin tətbiq edilməsi və maliyyə diversifikasiyası nəticəsində qoruqların gəlirləri 2018-ci ilə nisbətən 2019-cu ildə 15 dəfə artıb. 2019-cu ildə QİM -in nəzdində olan 3 qoruğa biletlərin satışından 1982,6 min manat vəsait əldə edilib.
Vəsaitin əsas hissəsini “Atəşgah” (554,2 min manat), “Yanardağ” (569,3 min manat), “Yuxarıbaş” (375,2 min manat) qoruqlarından, habelə kombinə olunmuş (kombo) biletlər üzrə (5 ay ərzində 438,0 min manat) təşkil edib.. 2019-cu il ərzində “Atəşgah”, “Yanardağ” və “Yuxarıbaş” qoruqlarına ziyarətçilərin sayı 489,2 min nəfər olub.