Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Aprel 2020 08:30
Türkiyənin Ərciyəs Universiteti Peyvənd Araşdırma Mərkəzinin (ERAGEM) müdiri Aykut Özdarendeli və komandası koronavirus hüceyrəsini Bioloji Təhlükəsizlik Səviyyəsi 3 (BSL 3) laboratoriya şəraitində izolyasiya etməyi bacarıb.
Sonxeber.net xəbər verir ki, professor məsələ ilə bağlı verdiyi açıqlamada virusun izolyasiya edilməsi və hüceyrə sisteminə adaptasiya olunmasının Kovid-19-un biologiyasının, patogenezinin ortaya qoyulmasında əhəmiyyətli rol oynadığını bildirib.
Eyni zamanda, bu iş koronavirusa qarşı peyvənd hazırlığına yaxından kömək edəcək.
Qeyd edək ki, Aykut Özdarendeli və komandası 2015-ci ildə Krım-Konqo qanamalı qızdırma peyvəndinin insanlar üzərində sınaqdan keçirilməsində uğur əldə etmiş və epidemiyanın qarşısının alınmasında əhəmiyyətli rol oynamışdı. (publika.az)